`Reina terroru` ilə bağlı daha bir nəfər tutuldu


17:56     14 Fevral 2017 1026583314.jpg

Yeni il gecəsi İstanbulda “Reina” əyləncə klubuna terror hücumunu planlaşdıranlardan biri, türk əsilli Fransa vətəndaşı A.S, İstanbulda yaxalanıb.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq, şübhəlinin üzərindən “Reina”da terror aktı törədən Abdulkadir Maşaripovun qaldığı evin icarə müqaviləsinin aşkarlandığını açıqlayıb. İki gün əvvəl saxlanılan şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılan şəxs İŞİD terror qruplaşmasının üzvüdür.

Femida.az

Açar sözlər:

Oxunub: 1361